• cümə axşamı, 25 aprel, 21:18
  • Baku Bakı 21°C

Tailandın Baş naziri Azərbaycan liderini təbrik edib

25.05.23 14:07 245
Tailandın Baş naziri Azərbaycan liderini təbrik edib

Tailand Krallığının Baş naziri General Prayut Çan-o-ça Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Kaspi"nin məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Tailand Krallığının hökuməti və xalqı adından Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Otuz ildən çoxdur ki, Tailand və Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Əminəm ki, əlaqələrimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə bundan sonra da möhkəmlənəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

banner

Oxşar Xəbərlər