SOCAR-a yeni vitse-prezidentlər təyin edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev SOCAR-a vitse-prezidentlərin təyin olunması ilə bağlı sərəncamlar imzalayıb.
Dövlət başçısının sərəncamları ilə Arzu Sahib qızı Cavadova, İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov və Fuad Bəkir oğlu Musayev SOCAR-ın vitse-prezidentləri təyin olunublar.
Dövlət başçısının digər sərəncamları ilə Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov, Xalik Rəfi oğlu Məmmədov, Yaşar Aydın oğlu Lətifov, Süleyman Mehrəli oğlu Qasımov vitse-prezident vəzifəsindən azad ediliblər. Bu sərəncamlar imzalandığı gündən qüvvəyə minir.