• cümə, 09 May, 08:27
  • Baku Bakı 15°C

SSTAA Memorandum sazişi imzalayıb

12.04.23 17:48 732
SSTAA Memorandum sazişi imzalayıb

Azərbaycanda fəaliyyət göstərən Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi (SSTAA) və Ukraynanın  “Gələcəyin  Strategiyası”  adlı Qeyri Hökumət Təşkilatları arasında ikitərəfli və  faydalı əməkdaşlığın qurulması istiqamətində Memorandum sazişi imzalanıb. 

Kaspi.az xəbər verir ki, Memorandum sazişi hər iki dövlətin məqsəd və prinsiplərinə,dövlətçilik maraqlarına uyğun olaraq aşağıdakı maddələri ehtiva edir:

- Azərbaycan və Ukrayna üçün baş vermiş və ya baş verə biləcək qeyri-qanuni təhlükəyə qarşı tərəflərin qarşılıqlı dəstəyi və birgə fəaliyyət.
- Rusiya Federasiyasının silahlı təcavüzünə qarşı mübarizədə Ukrayna xalqının qələbəsi üçün birgə iş. 
- Dağıntıların, sosial-iqtisadi, mədəni və digər itkilərin nəticələrinin aradan qaldırılmasında yerli özünüidarəetmə orqanlarına dəstək, yerli icmanın sürətli bərpası və davamlı iqtisadi inkişafı üçün ilkin şərtlərin yaradılması.
- Azərbaycan və Ukraynanın Avropaya inteqrasiyanın inkişafı istiqamətində birgə əməkdaşlıq etdiyi Şərq Tərəfdaşlığı Platformasında səylərin gücləndirilməsi.

Tərəflər arasında əməkdaşlıq aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilir:

- Hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması üzrə strateji sənədlərin işlənib hazırlanmasında yerli özünüidarəetmə orqanına zəruri analitik və məsləhət xarakterli yardım göstərmək.
- Yerli özünüidarəetmə orqanlarının iqtisadi, infrastruktur, sosial və digər ehtiyaclarının hərtərəfli qiymətləndirilməsinin aparılması.
- Sürətli bərpa layihələri ilə bağlı tövsiyələrin hazırlanması.
- Beynəlxalq donorlar üçün layihələrin hazırlanmasında texniki yardımın göstərilməsi.
- İcmanın yenidən qurulması və dayanıqlı iqtisadi inkişafı üçün yerli özünüidarəetmə orqanlarının həyata keçirəcəyi layihələrin informasiya dəstəyi və təbliğatının həyata keçirilməsi.
- Birgə elmi, informasiya və maarifləndirici tədbirlərin təşkili və keçirilməsi.
- Dövlətlərin və Tərəflərin həyatında görkəmli hadisələr və tarixlərlə əlaqədar tərəflərin nümayəndə heyətlərinin dəvət edilməsi.
- Milli və beynəlxalq fondlar tərəfindən maliyyələşdirilməsi üçün birgə layihələrin hazırlanması.
- Hər iki ölkədə demokratik inkişaf proseslərinin gücləndirilməsinin dəstəklənməsi.
- Tərəflərin qarşılıqlı razılığı ilə digər tədbirlər.

Memorandum sazişi Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli və Ukraynanın  “Gələcəyin  Strategiyası”  İctimai Birliyinin sədri Tetyana Kotenko tərəfindən imzalanıb.

banner

Oxşar Xəbərlər