• cümə, 19 Aprel, 20:24
  • Baku Bakı 24°C

“SpaceX” “Starlink”in 49 mikropeykini orbitə buraxıb

01.02.23 10:15 675
“SpaceX” “Starlink”in 49 mikropeykini orbitə buraxıb

“SpaceX” “Starlink” şəbəkəsinin 49 mikropeykini tərkibinə alan “Falcon 9” raket daşıyıcısını uğurla orbitə buraxıb.

“Report” şirkətin saytına istinadən xəbər verir ki, raket ABŞ-nin Kaliforniya ştatının Vandenberq Hərbi Hava Qüvvələri bazasından yerli vaxtla saat 08:15-də buraxılıb. Bildirilib ki, fevralın 2-də daha 53 mikropeykin orbitə çıxarılması planlaşdırılır. “Starlink” şəbəkəsi 260 kq ağırlığında çoxlu sayda cihazları yerləşdirməklə internetə çıxış təmin etmək üçün nəzərdə tutulub.

“SpaceX”in hesablamalarına görə, ümumilikdə 11 min peykin orbitə çıxarılması və istismara verilməsi 10 milyard dollara başa gələcək. Şirkət qeyd edib ki, o, 5G standartına uyğun olan saniyədə 1 giqabit sürətlə genişzolaqlı internetə çıxış təmin edə biləcək. 2019-cu ilin may ayından etibarən “SpaceX” 3 200-dən çox “Starlink” peykini orbitə çıxarıb.

banner

Oxşar Xəbərlər