şənbə, 10 Iyun, 02:34

Baku Bakı 21°C

Səudiyyə Ərəbistanı Həcc ziyarətinə gələn zəvvarların sayında dəyişiklik edib

icon 1445 icon 09 aprel 2022 | 09:37 Səudiyyə Ərəbistanı Həcc ziyarətinə gələn zəvvarların sayında dəyişiklik edib

Səudiyyə Ərəbistanı hər il Həcc ziyarətinə gəlməsi üçün icazə verilən say limitini krallıq vətəndaşları və əcnəbilər də daxil olmaqla 1 milyon nəfərə qədər artırıb.
Trend-in məlumatına görə, bu barədə "Saudi Press Agency" agentliyi Həcc və Ümrə İşləri Nazirliyinə istinadən bildirib.
Məlumata əsasən, Məkkəyə həcc və ümrə ziyarətinə yaşı 65-dən az olan, tam peyvənd olunan şəxslər buraxılacaq. Zəvvarlar gəldikdən sonra koronavirusla bağlı testin neqativ nəticəsini təqdim etməli olacaqlar.