• çərşənbə axşamı, 16 aprel, 18:24
  • Baku Bakı 18°C

“Səssiz təpə” qorxu filmi 2023-cü ildə nümayiş etdiriləcək

11.06.22 10:45 2282
“Səssiz təpə” qorxu filmi 2023-cü ildə nümayiş etdiriləcək

Yeni çəkilən qorxu filmi “Səssiz təpə” (“Silent Hill”) 2023-cü ildə nümayiş etdiriləcək.

AZƏRTAC xarici KİV istinadla xəbər verir ki, məşhur “Səssiz təpə” oyunu əsasında hazırlanan ekran işinin yeni versiyasının yaradıcısı Kristof Qans qorxu janrında olan filmin nə vaxt nümayişə çıxacağı haqda danışıb. Onun sözlərinə görə, bu düşündüyümüzdən daha da tez olacaq.

“Növbəti “Səssiz təpə” (“Silent Hill”) filminin ssenarisi əvvəlki iki filmdən tamamilə fərqli olacaq. Bu ekran işinin üslubu bir az “Alatoranlıq bölgəsi” serialına bənzəyir. Filmdəki məkan hər bir hadisənin baş verə biləcəyi yerdir. Yeni versiyada olan bu film tam bu günün tamaşaçılarının tələbinə uyğun və eyni zamanda, filmin süjeti üzrə ana xətti qorunub saxlanılacaq. İnanıram ki, filmin təqdim olunacaq yeni versiyası da sözün tam mənasında sənət əsəri olacaq”, - deyə rejissor bildirib.

Xatırladaq ki, "Silent Hill" oyunu 1999-cu ildə buraxılıb. İlk dəfə 2006-cı ildə rejissor K.Qans həmin oyunun motivləri əsasında ilk əsas ekran işini təqdim edərək, təxminən 100 milyon dollar gəlir əldə edib. Altı il sonra isə tamaşaçılara filmin növbəti ikinci bölümü çəkilərək, təqdim olunub. Filmdə əsas rolları Rada Mitçell və Şon Bin canlandırıb.

banner

Oxşar Xəbərlər