şənbə, 03 Iyun, 23:01

Baku Bakı 27°C

Sabahdan bütün xarici vətəndaşların Azərbaycana hava yolu ilə giriş-çıxışına icazə veriləcək

icon 249 icon 27 mart 2023 | 16:45 Sabahdan bütün xarici vətəndaşların Azərbaycana hava yolu ilə giriş-çıxışına icazə veriləcək

Sabahdan bütün xarici ölkə vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycan ərazisinə giriş-çıxışına icazə veriləcək.

"Report"un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla sabah saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş-çıxışına icazə veriləcək.

Qeyd edək ki, Baş nazir Əli Əsədov bu gün Azərbaycanda xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar imzalayıb.