• cümə, 29 Mart, 13:33
  • Baku Bakı 14°C

Rusiya-Ukrayna müharibəsinin ildönümü ilə əlaqədar Türkiyədə Aİ-nin Zirvə toplantısı keçiriləcək

24.01.23 12:30 580
Rusiya-Ukrayna müharibəsinin ildönümü ilə əlaqədar Türkiyədə Aİ-nin Zirvə toplantısı keçiriləcək

Rusiya-Ukrayna müharibəsinin ildönümü ilə əlaqədar fevralın 22-də İstanbulda Avropa İttifaqının Zirvə toplantısı keçiriləcək.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Türkiyədəki Nümayəndəliyinin rəhbəri, səfir Nikolaus Meyer-Landrut bildirib. Onun sözlərinə görə, tədbirə Ukraynanın dövlət rəsmisi də dəvət ediləcək. Meyer-Landrut qeyd edib ki, sammitə Türkiyədən bir nümayəndə qatılacaq. Ancaq onun kimliyi hələ məlum deyil.

Meyer-Landrut bildirib ki, sammitdə müharibənin geosiyasi və iqtisadi nəticələrinin müzakirə olunacağına gözlənilir: “Bu, həm də Ukraynaya dəstəyimizi ifadə etməyin bir yoludur. Keçən il fevralın 24-də Rusiya təcavüzünün başlaması Avropa tarixində həlledici məqam oldu. Avropa bizim ortaq tarixi coğrafiyamızdır”. Onun sözlərinə görə, insanlar tez-tez 2001-ci il sentyabrın 9-da ABŞ-da baş verən terror hadisəsini yada salırlar. Nümayənliyinin başçısı bunun bir dəyişiklik anı olduğunu söyləyib: “2022-ci il fevralın 24-ü tarixi Avropanın təhlükəsizliyi ilə bağlı eyni dərəcədə vacibdir”.

banner

Oxşar Xəbərlər