• çərşənbə axşamı, 16 aprel, 05:26
  • Baku Bakı 15°C

Rumıniya Prezidenti İçərişəhərdə təndir çörəyi yeyib

03.02.23 12:45 640
Rumıniya Prezidenti İçərişəhərdə təndir çörəyi yeyib

Azərbaycanda rəsmi səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olub, təndir çörəyi yeyib.

Kaspi.az xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi Qoşa Qala qapısı meydanı ilə tanışlıqdan başlayıb. Rumıniyanın dövlət başçısı qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb.

Elektromobillə gəzinti zamanı ali qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

İçərişəhərdə gəzinti zamanı Rumıniya Prezidenti isti təndir çörəyinə qonaq edilib.

Sonra ali qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olub.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

İçərişəhərlə tanışlıq Rumıniya Prezidenti Klaus Yohannisdə xoş təəssürat yaradıb.

banner

Oxşar Xəbərlər