• çərşənbə axşamı, 16 aprel, 15:53
  • Baku Bakı 19°C

Rəsul Rzanın ev-muzeyinin təmiri üçün tender elan olunacaq

22.05.23 14:30 995
Rəsul Rzanın ev-muzeyinin təmiri üçün tender elan olunacaq

Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın Bakının mərkəzində yerləşən ev-muzeyinin təmir və bərpası ilə əlaqədar tender elan olunacaq.

Bunu “Report”a açıqlamasında R.Rzanın oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

O bildirib ki, məsələ ilə bağlı ciddi yenilik yoxdur: "Mədəniyyət Nazirliyindən mənə zəng etmişdilər. Bildirdilər ki, muzeyin təmiri üçün tender elan olunmalıdır. Tenderdən sonra təmirə başlayacaqlar”.

Qeyd edək ki, 2022-ci il iyunun 23-də Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Sabiq mədəniyyət naziri Anar Kərimov ötən ilin sentyabr ayında Rəsul Rzanın ev-muzeyini ziyarət etmişdi. Ziyarət çərçivəsində ev-muzeyində həyata keçiriləcək təmir və bədii-tərtibat işləri barədə Xalq şairinin ailə üzvləri ilə müzakirələr və fikir mübadiləsi aparılmışdı.

banner

Oxşar Xəbərlər