• cümə, 19 Aprel, 23:57
  • Baku Bakı 24°C

Respublika Uşaq Kitabxanasında şairə Gülarə Munis ilə görüş

26.01.23 12:00 691
Respublika Uşaq Kitabxanasında şairə Gülarə Munis ilə görüş

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Sübhnur”  tədris mərkəzinin təşkilatçılığı ilə kiçikyaşlı oxucular üçün nağıl saatı keçirilib. Tədbirdə şairə Gülarə Munis, şagirdlər, valideyinlər və digər qonaqlar da iştirak ediblər.
Görüş zamanı şagirdlərə yazıçının əsərlərində əsas sujet xəttinin  vətənpərvərlik, ailə, məişət yönümlü olması barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Gülarə Munisin “Hanı ayağın, əsgər” adlı  pyesi  yeniyetmələr, “Güllü nənənin xalçası” adlı mənzum pyesi isə uşaqlar üçün nəzərdə tutulub.
Sonda uşaqlara Gülarə Munisin mənsur şeirlərindən ibarət olan “Bənövşə yağışı” adlı kitabı hədiyyə edilib.
Bundan başqa tədbirdə iştirak edən valideyinlərlə psixoloqun görüşü təşkil edilib. Övladlarımızın asudə vaxtlarını necə dəyərləndirməli? Uşaqlarla necə keyfiyyətli vaxt keçirək? adlı seminar təşkil olunub.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd uşaqlarda mütaliə vərdişinin, dünyagörüşünün formalaşması, kitabxanaya və kitaba marağın artırılması və bu istiqamətda valideyinlərin onlara dəstək olmasıdır.

banner

Oxşar Xəbərlər