• çərşənbə axşamı, 02 iyul, 12:03
  • Baku Bakı 29°C

Respublika Uşaq Kitabxanasına ekskursiya təşkil edilib

03.03.23 11:00 629
Respublika Uşaq Kitabxanasına ekskursiya təşkil edilib

Maarifçi, pedaqoq, ədəbiyyatşünas alim, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi F.Köçərlinin anadan olmasının 160 illiyi münasibətilə Bakı şəhər Binəqədi rayon 283  saylı məktəb və  Kaspi liseyinin  şagirdlərinin Respublika Uşaq Kitabxanasına ekskursiyası  təşkil olunub. 

Kitabxana  əməkdaşı məktəbliləri  kitabxana ilə yaxından tanış edib, həmçinin  yeni kitabxana texnologiyalarının tətbiqi , oxucuların dünyagörüşünün, mədəni səviyyəsinin yüksəlməsində kitabların müstəsna rolundan bəhs edib. Ədibin "Balalara hədiyyə” kitabı uşaq folklorunun toplanılıb nəşr etdirilməsi yolunda atılmış ən böyük addımdır. Firidun bəy Köçərli “Balalara hədiyyə” məcmuəsinin   məramını belə ifadə etmişdi: “Bu məcmuəni hər kəs oxusa - böyük, ya kiçik - onun qəlbi açılıb xəndan olacaqdır. Balalar şad olacaq bu səbəbə ki, onda dərc olunan əsərlərin  cümləsi onların dünyasındandır.” “Balalara hədiyyə” kitabı Azərbaycanın ən dəyərli sərvətlərindəndir. Azərbaycan uşaq folklorunun ilk antologiyası olan "Balalara hədiyyə” kitabı uşaqların dünyagörüşünün formalaşmasında, həyat və təbiət haqqında təsəvvürlərin yaradılmasında böyük rol oynayıb. Sonda şagirdlərə Firidun bəy Köçərlinin həyat və yaradıcılığından bəhs edən sənədli film təqdim edilib. Ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqları  Respublika Uşaq Kitabxanasının zəngin fondu ilə yaxından tanış etmək, onlarda  mütaliə mədəniyyətinin  və kitaba  olan marağı artırmaqdır.

 

banner

Oxşar Xəbərlər