• cümə, 09 May, 13:35
  • Baku Bakı 23°C

Rəsmi Kiyev: “Ukrayna və Azərbaycanın ərazi bütövlüyünə dəstək prioritetimizdir”

28.05.23 14:00 1002
Rəsmi Kiyev: “Ukrayna və Azərbaycanın ərazi bütövlüyünə dəstək prioritetimizdir”

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin tviter səhifəsində paylaşım edilib. “Azərbaycanı və bu ölkənin Xarici İşlər Nazirliyini Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik! Ukrayna və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi üçün qarşılıqlı dəstək həmişə bizim prioritetimiz olacaqdır. Dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayırıq!”, - yazıda qeyd olunub.

banner

Oxşar Xəbərlər