cümə, 24 Mart, 23:35

Baku Bakı 15°C

Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun səfirlər səviyyəsində görüşü keçirilib

icon 220 icon 01 fevral 2023 | 09:30 Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun səfirlər səviyyəsində görüşü keçirilib

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun səfirlər səviyyəsində görüşü keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, qapalı keçən iclasda son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar və humanitar böhran vəziyyəti müzakirə olunub.

İclasda Milli Məclisin Aparat rəhbərinin müavini Rüstəm Mahmudov Azərbaycanın QH-dəki sədrliyi dövründə parlamentlərarası münasibətlər mövzusunda çıxış edib. Qeyd edək ki, QH-nin hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilin sonunda yekulaşacaq.