• cümə, 29 Mart, 13:50
  • Baku Bakı 14°C

Qızılbalıq və sardina istehlakı orta yaşda beyin strukturunu möhkəmləndirir

06.10.22 16:45 484
Qızılbalıq və sardina istehlakı orta yaşda beyin strukturunu möhkəmləndirir

Yeni araşdırmaya görə, tərkibində omeqa-3 yağ turşuları, o cümlədən qızılbalıq, sardina və tuna balığı olan məhsulları daha çox istehlak edən insanlar orta yaşda düşünmə qabiliyyətini yaxşılaşdıra və bu pəhrizə riayət etməyən insanlarla müqayisədə daha möhkəm beyin strukturuna malik ola bilərlər.

AZƏRTAC xəbər verir ki, belə qənaətə "Neurology" Amerika Nevroloji Akademiyasının tibbi jurnalında dərc edilmiş araşdırmanın müəllifləri gəliblər.

“Pəhrizimizin yaxşılaşdırılması – beynimizin sağlamlığını yaxşılaşdırması üsullarından biridir", — deyə tədqiqatın aparıcı müəllifi və San-Antoniodakı Texas Universitetində əhalinin sağlamlığını öyrənən elmlər kafedrasının dosenti Klaudia L.Satizabel bildirib. Satizabel, həmçinin San Antoniodakı Glenn Biggs Altsheymer və Neyrodegenerativ Xəstəliklər İnstitutunda Əhali Nevrologiyası Departamentinə rəhbərlik edir. Onun sözlərinə görə, insanlar “koqnitiv sabitliklərini” yaxşılaşdıra və qida qəbulunda sadə dəyişikliklərin köməyi ilə potensial olaraq demensiyanın qarşısını ala bilsəydilər, bu ictimai sağlamlığa əhəmiyyətli təsir edə bilərdi.

"Bundan başqa, tədqiqatımız göstərir ki, hətta çox az miqdarda omeqa-3 yağ turşularının istehlakı beyin funksiyasının qorunub saxlanması üçün kifayət edə bilər ", — deyə o vurğulayıb. "Bu, Amerika Kardiologiya Assosiasiyasının cari pəhriz tövsiyələrinə uyğundur, həmin tövsiyələrə görə ürək-damar sağlamlığının möhkəmləndirilməsi üçün həftədə ən azı 2 porsiya balıq istehlak etmək lazımdır".

Məlumatda deyilir ki, araşdırmada demensiya və ya insult keçirməyən, orta hesabla 46 yaşında 2183 "koqnitiv sağlam" insan iştirak edib. İştirakçılarda omeqa-3 yağ turşularının səviyyəsi ölçülüb, onlar abstrakt düşünmə testlərindən və beynin həcmini ölçmək üçün MRT müayinəsindən keçiblər. Tədqiqat Milli Ürək, Ağciyər və Qan Xəstəlikləri İnstitutu, Milli Qocalma problemləri İnstitutu və Milli Nevroloji Pozuntular və İnsultun Tədqiqatı İnstitutu tərəfindən maliyyə dəstəyi alıb.

banner

Oxşar Xəbərlər