• cümə axşamı, 18 aprel, 16:37
  • Baku Bakı 22°C

Qərbi Azərbaycanlılar siyahıya alınır

05.01.23 17:15 943
Qərbi Azərbaycanlılar siyahıya alınır

“Ötən əsrdə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın siyahıya alınma prosesi ən sonuncu: 1988-91-ci illərdə çıxarılanlar üzərindən aparılır”.

“Kaspi”nin xəbərinə görə, bu barədə Qərbi Azərbaycan icmasının mətbuat katibi Ülviyyə Zülfiqar bildirib: "Xronologiya baxımından ən sonuncu deportasiya (1988 - 91-ci illər) ən yaxın zamandır. Bu tarixdə deportasiya olunan soydaşlarımızın əksəriyyəti həyatdadır və əllərində pasportları, Ermənistan SSR-də təhsil aldıqlarına dair, eləcə də mülkiyyətləri ilə bağlı sənədlər var. İşimizin daha sürətli getməsi üçün bu zaman kəsimindən başlamışdıq. Hazırda həmin dövrdə azərbaycanlıların yaşadığı 300 yaşayış məntəqəsindən 150-dən çoxunun əhalisi siyahıya alınıb və bu istiqamətdə iş davam etdirilir”.

Mətbuat katibi bildirib ki, yanaşı olaraq digər deportasiyalar (1905,1918-20,1948-53) zamanı ata-baba yurdlarından çıxarılan Azərbaycanlılar da qeydiyyata alınır, lakin hələ 1988-91-ci illərə fokuslanılıb. Bu proses yekunlaşandan sonra tam şəkildə digər illərdə zərər görənlərin və onların varislərinin qeydiyyatı aparılacaq.

banner

Oxşar Xəbərlər