• cümə, 24 May, 11:18
  • Baku Bakı 13°C

Qazi-yazar Zaur Bayramoğlunun oxucuları ilə görüşü keçirilib

27.03.23 14:36 1251
Qazi-yazar Zaur Bayramoğlunun oxucuları ilə görüşü keçirilib

Mart ayının 25-də “Libraff”ın “Gənclik Mall” filialında AYB-nin üzvü, qazi-yazar Zaur Bayramoğlunun oxucuları ilə görüşü keçirilib.

Kaspi.az xəbər verir ki, Zaur Bayramoğlu bu vaxta qədər olan yaradıcılıq uğurları, çap olunmuş kitabları (“Öz üzərində qələbə”, "Döyüşlə kəşfiyyat”, “Adını sən qoy”, “Adını sen koy” (Türkiyə), “Qara mamba”, “Alabaş”) və yeni esseləri haqqında danışıb, hal-hazırda üzərində işlədiyi “Üşüyən ev” və “Yolda” povestləri, Vətən müharibəsinə həsr etdiyi trilogiyanın ikinci kitabı olacaq “Ölüm mələkləri” əsəri haqqında oxucularına məlumat verib.

Görüş iştirakçılarından psixoloq Çingiz İbrahimov, jurnalist Almaz Həmzəyeva, 200 saylı məktəbin ibtidai sinif müəlliməsi Gülnarə Quliyeva və başqaları qazi-yazarın yaradıcılıq fəaliyyətindən danışıb, ona yeni yaradıcılıq uğurları arzu ediblər.

Sonra Zaur Bayramoğlu görüş iştirakçılarının suallarını cavablandırıb və onlarla xatirə şəkilləri çəkdirib.

banner

Oxşar Xəbərlər