• cümə, 29 Mart, 01:55
  • Baku Bakı 7°C

Qazaxıstanla tərəfdaşlıq perspektivləri müzakirə olundu

26.12.22 18:03 1015
Qazaxıstanla tərəfdaşlıq perspektivləri müzakirə olundu

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana rəsmi səfəri çərçivəsində ölkənin xarici işlər nazirinin müavini Adil Tursunov ilə görüşüb.

Fonddan Kaspi.az-a bildirilib ki, görüşdə Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Adil Tursunov qonağı salamlayaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk xalqlarının mədəni irsinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə verilən töhfələri yüksək qiymətləndirib. Adil Tursunov Fond ilə Qazaxıstan arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinin önəmini vurğulayaraq, həyata keçirilən layihələri dəstəkləməyə hazır olduğunu bildirib.

Günay Əfəndiyeva Fondun qurucu üzv dövləti, Türk dünyasının ayrılmaz parçası Qazaxıstanın qədim və zəngin dəyərlərinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə tanıdılması yönündə təşkilatın fəaliyyətindən söz açıb. Fondun prezidenti təşkilatın növbəti il üzrə qarşısına qoyduğu məqsədlərindən, eləcə də Qazaxıstanla əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində planlarından bəhs edib.

Görüş tərəflər arasında tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə başa çatıb.

banner

Oxşar Xəbərlər