• cümə axşamı, 25 aprel, 04:55
  • Baku Bakı 19°C

“Qarşıla bizi, Şuşa!” adlı rəsm müsabiqəsi

20.06.22 11:59 1007
“Qarşıla bizi, Şuşa!” adlı rəsm müsabiqəsi

17 iyun Leopold və Mstislav Rostropoviçlərin Ev-muzeyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalareyasının birgə təşkilatçılığı ilə “Qarşıla bizi, Şuşa!” adlı rəsm müsabiqəsi təşkil olundu. Sərgi Rəsm Qalareyasında baş tutdu.
"Şuşa İli" çərçivəsində keçirilən rəsm sərgisində qalareyanın 7-16 yaş arası şagirdlərinin rənglərin dili ilə Şuşanın gözəlliyini tərənnüm etdikləri rəsmlər, dekorativ tətbiqi sənət nümunələri, bədii  şüşə, portretlərdən ibarət 75 ədəd əl işləri nümayiş olundu.  
Tədbirdə çıxış edən L. və M.Rostropoviçlərin Ev-muzeyinin icraçı rəhbəri Günay Əliyeva, Şuşanın Azərbaycan üçün milli qürur, milli mənlik, mədəniyyət, incəsənət və tarix olduğunu bildirdi.  L. və M.Rostropoviçlərin Ev-muzeyi olaraq Şuşa ili çərçivəsində keçirilən ilk tədbirdə,  1 nömrəli Uşaq gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət qalereyasının şagirdlərinin hazırladıqları rəsmlər və dekorativ sənət nümunələri vasitəsilə Şuşamızın mədəniyyətinə, tarixinə, təbiətinin gözəlliyinə, yetişdirdiyi dahilərə, incəsənət xadimlərinə səyahət etdik.
Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının şagirdi Əbdülfariz Məmmədzadənin ifasında A.Dvorjakın “Yumoreska”  əsəri səsləndirildi.
Daha sonra müsabiqə iştirakçılarının əl işləri münsiflər heyyəti tərəfindən qiymətləndirilərək L. və M.Rostropoviçlərin Ev-muzeyi tərəfindən diplom və təşəkkürnamələr ilə mükafatlandırıldılar.

banner

Oxşar Xəbərlər