çərşənbə axşamı, 05 iyul, 23:40

Baku Bakı 30°C

Qarabağ atları V Etnospor Mədəniyyət Festivalında - VİDEO

icon 776 icon 11 iyun 2022 | 16:30 Qarabağ atları V Etnospor Mədəniyyət Festivalında - VİDEO

İyun ayının 9-da İstanbulda təşkil olunan və beşinci dəfə keçirilən Etnospor Mədəniyyət Festivalının açılışı olub.

Trend-in məlumatına görə, Türkiyə, Azərbaycan, Qazaxıstan, İordaniya, Yaponiya, Pa­raq­vay, Mərakeş, Moldova, Qırğızıstan, Tacikistan, Qambiya, Mek­­­si­ka, Liviya kimi ölkələrin təmsilçilərinin iştirakı ilə keçirilən təd­­­birdə ölkə­mizi Azərbaycan Respublikasının Atçılıq Fede­rasiya­sının təşkilat­çılığı ilə Dövlət Sərhəd Xidmətinin 60 nəfərlik heyətdən ibarət süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib.

Festival çərçivəsində onun təşkilatçısı Dünya Etnospor Kon­federa­siyasının Prezidenti Bilal Erdoğan və Azərbaycan Res­pub­likası Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev ara­sında görüş keçirilmiş, bu mədəniyyət festivalına dəvətə görə Tür­kiyə tərəfinə minnətdarlıq bildirilmiş, tanınmış heykəltaraşımız Hamlet Musayevin “Qarabağ ailəsi” adlı əsəri hə­diyyə edilmişdir.

Bilal Erdoğan Azərbay­can nümayəndə heyətinin festivala qa­tılmasından şərəf duyduğunu, təmsilçilərimizin bu tədbirlərdə artıq ənənəyə çevrilən möhtəşəm çıxışlarından çox məmnun ol­ma­sını, Qarabağ atlarının növbəti dəfə bütün izləyiciləri valeh et­məsini qeyd etmişdir. Görüş zamanı cari ilin sentyabr ayında Etno­spor Mədəniyyət Festivalının Azərbaycan Respublikası ərazisində keçi­ril­məsi məsələsi müzakirə olunmuşdur.

Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin mühüm hissəsi olmaqla maddi-mədəni sərvətimiz sayılan, ecazkar gö­zəl­liyi və valehedici xüsusiyyətləri ilə seçilən Qarabağ atları üzərində təmsilçilərimizin festivalın açılış günündə nümayiş etdirdikləri xü­susi şou-kompozisiya tamaşaçılar tərə­fin­­dən böyük heyranlıqla və sürəkli alqışlarla qarşılanıb.

Festival çərçivəsində oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla 12 ənənəvi idman növü üzrə yarışlar keçiriləcək.

4 gün ərzində keçiriləcək bu tədbirlərdə bir milyondan artıq insanın iştirakı gözlənilir.