• şənbə, 27 Aprel, 00:48
  • Baku Bakı 14°C

Putin əleyhinə çıxış edən rusiyalı jurnalist: "Məni casusluqda ittiham edirlər"

29.07.22 11:00 4681
Putin əleyhinə çıxış edən rusiyalı jurnalist: "Məni casusluqda ittiham edirlər"

Martda Rusiya dövlət taleviziyasının aparıcısı Marina Ovsyannikova “Xəbərlər” proqramının axşam buraxılışında Rusiya əleyhinə plakat qaldırandan sonra növbəti aylar onun üçün çətin keçib.

“Report” xəbər verir ki, bu barədə o, özü “Sky News”a müsahibəsində deyib: “Heç bir işim yoxdur. Avtomobilimi satmışam və həmin pulla dolanıram. Keçmiş həyat yoldaşımla problemlərim var. Anam Putini dəstəkləyir. Atası oğlumun “beynini yuyub”. Üstəlik, “xüsusi hərbi əməliyyatın” tərəfdarları məni tənqid edirlər”.

Jurnalist bildirib ki, çoxları onu casus olmaqda ittiham edir: “Bu, tamamilə yalandır. Mən necə agent ola bilərəm?! Mən vətəndaş kimi mövqeyini bildirən normal rusiyalı qadınam və məni hər tərəfdən gözdən salmağa çalışırlar”.

M.Ovsyannikovanın sözlərinə görə, o, Rusiyadakı işini itirdikdən sonra Almaniyaya gedib, bir müddət buradakı “Die Welt” qəzetində çalışıb. Lakin sonra qızına görə geri qayıtmalı olub: “Qızım hər gün mənə zəng edib soruşurdu ki, nə vaxt qayıdacaqsan, ana? Mən səni görmək istəyirəm. Yoldaşım uşaqlarımı mənə qarşı yönləndirirdi. Başa düşürdüm ki, qayıtmasam, övladlarımı itirəcəyəm. Mən dözürəm, çünki haqlı olduğumu bilirəm”.

banner

Oxşar Xəbərlər