Prokurorluğun yüksək vəzifəli əməkdaşları təqaüdə göndərilib
Prokurorluğun yüksək vəzifəli əməkdaşları təqaüdə göndərilib.
Bu barədə Kaspi.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Zeynalov Rauf Nurəddin oğlu və Dövlət ittihamının müdafiəsi idarəsində şöbənin böyük prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunu qulluq keçmələrinə xitam verilmələri ilə əlaqədar Baş prokuror Kamran Əliyev bu gün Baş Prokurorluğun inzibati binasında qəbul edib.
Qəbul zamanı Rauf Zeynalov “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan yubiley medalı, Müstəcəb Əliyev isə “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif etmiş və onlara hədiyyələr təqdim edilib.
Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.