• cümə, 19 Aprel, 22:46
  • Baku Bakı 24°C

Prezident Ofisi Ukraynaya təhlükəsizlik təminatı verməyə hazır olan ölkələrin adlarını açıqlayıb

06.05.22 10:14 282
Prezident Ofisi Ukraynaya təhlükəsizlik təminatı verməyə hazır olan ölkələrin adlarını açıqlayıb

“Kiyev Ukraynanın təhlükəsizliyinə təminat vermək üçün müxtəlif ölkələrlə danışıqlar aparır”.

Kaspi.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “RBK Ukraina”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, strateji tərəfdaşların əksəriyyəti artıq buna hazır olduqlarını bildiriblər: "Onlar ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Polşa, İtaliya və başqalarıdır. Yekun siyahı gec açıqlanacaq. Məsləhətləşmələr hər dövlətlə ayrılıqda aparılır və bu müzakirələr hər gün olur”.

Yermak həmçinin söyləyib ki, Ukrayna Çin, Hindistan və digər dövlətləri də zəmanətçi kimi görmək istəyir: “Bu, həmin ölkələrin mövqeyindən asılıdır. İndiyədək biz Pekindən buna hazır olduğunu eşitməmişik. Çin beynəlxalq arenada ciddi oyunçudur. Bizim onlarla böyük ticarət dövriyyəmiz var. Düşünürəm ki, zəmanətçi dövlət olmaq həm Çin, həm də Ukrayna üçün vacib olardı”.

banner

Oxşar Xəbərlər