çərşənbə, 05 Oktyabr, 19:09

Baku Bakı 23°C

Prezident İlham Əliyevin Avropada enerji təhlükəsizliyinin təmin olunmasına dəstəyi xüsusi əhəmiyyət kəsb edir

icon 191 icon 13 avqust 2022 | 09:45 Prezident İlham Əliyevin Avropada enerji təhlükəsizliyinin təmin olunmasına dəstəyi xüsusi əhəmiyyət kəsb edir

Prezident İlham Əliyevin Avropada enerji təhlükəsizliyinin təmin olunmasına dəstəyi xüsusi əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın sabiq prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Rosen Plevneliev deyib.

"Avropa İttifaqı Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri və Prezident İlham Əliyevin Avropada enerji təhlükəsizliyinin təmin olunmasına dəstəyi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan qazı Bolqarıstan üçün prioritetdir.

Bizim hazırda 1 milyard m3 qaz üçün müqaviləmiz var və biz daha çox qaz almaq istəyirik. Amma Bolqarıstanın hazırda istehlakı 3 milyard m3-dir və çatışmayan həcmlər üçün başqa mənbələrdən qazı təmin etməliyik. "Qazprom" ilə müqaviləmiz bu ilin sonunda başa çatır və yeni müqavilə olmayacaq", - R.Plevneliev deyib.