çərşənbə, 17 Avqust, 18:01

Baku Bakı 34°C

Prezident İlham Əliyev Mərakeş kralını təbrik edib

icon 200 icon 30 iyul 2022 | 15:43 Prezident İlham Əliyev Mərakeş kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu göndərib.

"Kaspi" xəbər verir ki, məktubda deyilir:

"Əziz Qardaşım,

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, Azərbaycan-Mərakeş ənənəvi dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".