bazar ertəsi, 30 yanvar, 07:51

Baku Bakı 6°C

Prezident: "Azərbaycan BƏƏ ilə dostluq münasibətlərinə xüsusi əhəmiyyət verir"

icon 401 icon 02 dekabr 2022 | 11:29 Prezident: "Azərbaycan BƏƏ ilə dostluq münasibətlərinə xüsusi əhəmiyyət verir"

"Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətlərinə xüsusi əhəmiyyət verir".

Kaspi.az xəbər verir ki, xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident Məhəmməd bin Zayed Al Nəhyana ünvanladığı təbrik məktubunda yer alıb.

“Ötən otuz illik dövr ərzində dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr möhkəmlənib, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığımız dinamik və davamlı şəkildə inkişaf edib. İnanıram ki, dövlətlərarası münasibətlərimizin daha da inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”, - deyə məktubda vurğulanıb.

Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə möhkəm cansağlığı və xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, bu ölkənin dost xalqına əmin-amanlıq və rifah arzulayıb.