• cümə axşamı, 25 aprel, 12:08
  • Baku Bakı 23°C

Politico: Stoltenberq NATO-nun baş katibi vəzifəsində qalmaq istəyir

31.01.23 10:30 647
Politico: Stoltenberq NATO-nun baş katibi vəzifəsində qalmaq istəyir

NATO-nun baş katibi Yens Stoltenberq vəzifəsində qalmaq istəyir və növbəti dövr üçün ən çox adı çəkilən namizəd kimi görünür.

“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti Avropa İttifaqı və Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv ölkələrinin diplomatlarına istinadən məlumat yayıb. NATO-nun yüksək rütbəli diplomatı nəşrə deyib: “Stoltenberq vəzifəsində qalmaq istəyir”.

Nəşr qeyd edib ki, alyansda bir çoxlarının baş katib vəzifəsində yeni şəxsi görmək istəməsinə baxmayaraq, müttəfiqlər yeni namizədlə risk etməməyə və Stoltenberqin səlahiyyətlərinin davam etdirilməsinə dəstək verməyə meylli ola bilərlər.

Qəzetin yazdığına görə, bu vəzifə üçün ən çox Niderlandın baş naziri Mark Rutte, Estoniyanın baş naziri Kay Kallas və Britaniyanın müdafiə naziri Ben Uollesin adları müzakirə edilir. Vurğulanıb ki, alyansın baş katibi həmişə kişi olduğu üçün NATO-da qadın təyinatının zəruriliyi getdikcə daha çox müzakirə olunur.

banner

Oxşar Xəbərlər