cümə, 27 Yanvar, 14:41

Baku Bakı 7°C

Pentaqon rəhbəri: “ABŞ Ukraynadakı münaqişəyə cəlb olunmayacaq”

icon 265 icon 04 dekabr 2022 | 10:00 Pentaqon rəhbəri: “ABŞ Ukraynadakı münaqişəyə cəlb olunmayacaq”

 ABŞ-ın müdafiə naziri Lloyd Ostin Vaşinqtonun Kiyevi dəstəkləməyə davam etməyə hazır olduğunu təsdiqləyib və ABŞ-ın Ukraynadakı münaqişəyə cəlb olunmayacağını vurğulayıb.

“Report” xəbər verir ki, bu barədə o, Ronald Reyqan Prezident Fondunun Kaliforniyada təşkil etdiyi forumda çıxışı zamanı bildirib. ABŞ prezidenti Cozef Bayden administrasiyasının dəstəyinin Kiyev hakimiyyəti üçün həyati vacib olduğunu bildirən Ostin vurğulayıb ki, Vaşinqton Ukraynanın özünümüdafiə hüququnu lazım olduğu müddətcə dəstəkləməyə davam edəcək. O, həmçinin qeyd edib ki, ABŞ Şimali Atlantika Müqaviləsi Təşkilatındakı tərəfdaşları və müttəfiqləri ilə birlikdə NATO-nun bütün cinahlarını inamla müdafiə edəcək.