• çərşənbə, 24 Aprel, 09:29
  • Baku Bakı 13°C

Parlament seçkilərinin vaxtı açıqlandı - Fərman

26.11.22 17:45 744
Parlament seçkilərinin vaxtı açıqlandı - Fərman

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Parlament Senatına (Qazaxıstan parlamentinin yuxarı palatası) seçkilərin 2023-cü il yanvarın 14-nə təyin edilməsi haqqında fərman imzalayıb.

Kaspi.az xəbər verir ki, bu barədə şənbə günü dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Respublikasının Parlament Senatına seçkilər 2023-cü il yanvarın 14-nə təyin edilsin. Ölkə hökuməti, Astana, Almatı və Şimkent şəhərlərinin akimləri (administrasiya rəhbərləri), regionlarda deputat seçkilərinin təşkili, maddi-texniki və maliyyə dəstəyi üçün tədbirlər görsünlər”, - deyə fərmanda bildirilir.

Qazaxıstan Konstitusiyasının 44-cü maddəsinin 2-ci yarımbəndinə əsasən, Parlament Senatı üzvlərinin səlahiyyət müddəti 2023-cü ildə bitir.

Kasım-Jomart Tokayev noyabrın 26-da, həmçinin Qazaxıstan Respublikası Prezidentinin seçki proqramının həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında və 2023-2027-ci illər üçün Qazaxıstan Respublikasının kənd ərazilərinin inkişafı Konsepsiyası haqqında fərmanlar imzalayıb. (AzərTac)

banner

Oxşar Xəbərlər