• bazar, 22 Dekabr, 07:53
  • Baku Bakı 8°C

Özbəkistandan yazan jurnalistlər mükafatlandırılıb

24.06.23 06:30 22430
Özbəkistandan yazan jurnalistlər mükafatlandırılıb

“Media dövlətlər arasında, bizim vəziyyətdə isə qardaş Özbəkistanla Azərbaycan arasında əlaqələrin inkişafında mühüm rol oynayır”. Bu fikirlər Bakıda Özbəkistanın Mətbuat və Kütləvi İnformasiya Vasitələri İşçiləri Gününə həsr olunan mərasimdə səsləndirildi.

Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanov tədbirin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin geniş qeyd olunduğu əlamətdar bir ildə keçirilməsindən məmnunluğunu bildirdi: “Hər il iyunun 27-də Özbəkistanda KİV işçilərinin peşə bayramı qeyd edilir. Bu il biz bu bayramın 30 illiyini geniş qeyd edirik”.

Səfir özbək mətbuatının ölkənin dövlət siyasətinin təbliğində və digər sahələrdə həyata keçirilən islahatların işıqlandırılmasında mühüm rol oynadığını qeyd etdi. Diplomat Azərbaycan jurnalistlərinin də iki ölkə arasında əlaqələrin inkişafına töhfə verdiklərini vurğuladı: “Siz jurnalistlərin sayəsində, özbək, Azərbaycan ictimaiyyəti, ümumiyyətlə, beynəlxalq ictimaiyyət ölkələrimiz arasında münasibətlərin necə sürətlə inkişaf etdiyi haqda məlumantlandırılır”.

Tədbirdə Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına töhfə verən Azərbaycan mətbuat nümayəndələrinin mükafatlandırılması keçirildi. “Özbəkistan və Azərbaycan arasında humanitar əlaqələrə dair ən yaxşı məqalələrin müəllifi" nominasiyasında “Kaspi”nin əməkdaşı Təranə Məhərrəmova da mükafatlandırıldı. 

 

 

banner

Oxşar Xəbərlər