• çərşənbə, 29 May, 02:26
  • Baku Bakı 20°C

Oqtay Əliyevlə yeni layihə üzərində işləməyi planlaşdırırdıq - Xalq artisti Mübariz Tağıyev

23.03.23 13:02 705
Oqtay Əliyevlə yeni layihə üzərində işləməyi planlaşdırırdıq - Xalq artisti Mübariz Tağıyev

Oqtay Əliyevlə yeni layihə üzərində işləməyi planlaşdırırdıq.

Kaspi.az xəbər verir ki, bunu bu gün jurnalistlərə Azərbaycanın xalq artisti Mübariz Tağıyev Əməkdar mədəniyyət işçisi, "SOY Production"un baş direktoru, rejissor, teleprodüser Oqtay Əliyevlə vida mərasimində deyib.

"“Yeni Ulduz” geri qayıtmalı idi, sadəcə olaraq, başqa formatda. İndi bilmirəm necə olacaq... Biz televiziya sənətini yaxşı bilən dostumuzu, gözəl insanımızı, təşkilatçımızı, rejissorumuzu, yaradıcı xadimimizi itirmişik. Bu yaşda insanlar gedəndə çox çətindir... ”, - deyə xalq artisti qeyd edib.

 

Qeyd edək ki, Oqtay Əliyev ötən gün Saray qəsəbəsində yol qəzasında dünyasını dəyişib.

banner

Oxşar Xəbərlər