• çərşənbə axşamı, 23 aprel, 20:49
  • Baku Bakı 20°C

Nazir müavini: "Ermənistan minalarla bağlı faktların heç birini təkzib edə bilməyib"

23.02.23 13:30 755
Nazir müavini: "Ermənistan minalarla bağlı faktların heç birini təkzib edə bilməyib"

"Ermənistanda 2021-ci ildə istehsal edilmiş minaların işğaldan azad edilmiş ərazilərimizdə aşkarlanması haqqında bizim tərəfdən ortaya qoyulan faktların heç birini Ermənistan məhkəmə prosesi zamanı təkzib edə bilmədi".

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına dair keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, həmçinin bu minalar ancaq Laçın yolu vasitəsilə gətirilə bilərdi. Bu da onu göstərdi ki, son iki ildə Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini pozur.

banner

Oxşar Xəbərlər