• cümə axşamı, 25 aprel, 01:09
  • Baku Bakı 19°C

Naxçıvanda şəhid atasının adından istifadə edərək vətəndaşları aldadan şəxs saxlanılıb

26.05.23 17:30 409
Naxçıvanda şəhid atasının adından istifadə edərək vətəndaşları aldadan şəxs saxlanılıb

Culfada şəhid atasının adından istifadə edərək vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, Culfa Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən müharibəsi şəhidi Nicat Məmmədlinin şəkillərini paylaşaraq şəhid atasının adından vətəndaşları işə düzəltmək adı altında aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirən Rizvan Qafarov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

banner

Oxşar Xəbərlər