bazar, 01 Oktyabr, 02:56

Baku Bakı 22°C

“Naxçıvan - bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış tədbiri olub - FOTOLAR

icon 5921 icon 30 may 2023 | 21:45 “Naxçıvan - bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış tədbiri olub - FOTOLAR

“Naxçıvan - bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış tədbiri olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdir müavini Tural Rzayev, Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Kərimov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağəli İbrahimov çıxış ediblər.

Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət mədəniyyət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sahədə mütəmadi olaraq əsaslı islahatlar aparılır, milli-mənəvi dəyərlərimizin yaşadılması diqqətdə saxlanılır.

Bildirilib ki, “Naxçıvan - bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Bolqarıstan, Rusiya, Finlandiya və Latviyadan 60-dək rəssam iştirak edir. Bu festival mədəniyyətimiz üçün əlamətdar hadisə olmaqla yanaşı, rəssamlar üçün geniş yaradıcılıq imkanları açır.

Festivalın açılış mərasimində muxtar respublikanın mədəniyyət kollektivləri tərəfindən musiqi və rəqs nümunələri təqdim edilib.

Sonra iştirakçılar rəsm əsərləri ilə tanış olublar.