• çərşənbə axşamı, 01 iyul, 01:11
  • Baku Bakı 22°C

NATO-nun xüsusi nümayəndəsi Azərbaycana gəlir

28.04.22 11:30 792
NATO-nun xüsusi nümayəndəsi Azərbaycana gəlir

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina aprelin 28-də Azərbaycana gələcək.

NATO-dan cümə axşamı Trend-ə verilən məlumata görə, bu səfər NATO rəsmilərinin Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri ilə müntəzəm məsləhətləşmələrinin bir hissəsi olacaq:

"X.Kolomina artıq Ermənistana səfər edib, orada Ermənistan rəsmiləri ilə görüşüb. O, hazırda Gürcüstandadır və bu ölkənin rəsmiləri, deputatlar, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri planlaşdırılıb. X.Kolomina aprelin 28-də Bakıya gələcək. Bakıda onun Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulub”, - NATO-dan bildiriblər.

banner

Oxşar Xəbərlər