çərşənbə, 06 Dekabr, 19:02

Baku Bakı 11°C

NATO Baş katibinin nümayəndəsi Azərbaycana gəlib

icon 257 icon 26 may 2023 | 13:54
NATO Baş katibinin nümayəndəsi Azərbaycana gəlib


NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfərə gəlib.

Kaspi.az xəbər verir ki, bunu o, tviterdə yazıb.

X.Kolomina Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlıq, həmçinin Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması üzrə danışıqların gedişatı müzakirə olunub.