• çərşənbə axşamı, 05 mart, 05:37
  • Baku Bakı 2°C

NATO Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyir

28.01.23 23:15 452
NATO Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyir

NATO Azərbaycanın İrandakı səfirliyinə dünənki hücumu pisləyir.

Kaspi.az xəbər veirr ki, bu barədə özünün "Twitter" səhifəsində NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina yazıb.

"Diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri qəbuledilməzdir. Mərhumun ailəsinə və Azərbaycan Xarici İşlər Nazirliyinə başsağlığı verirəm", - deyə X.Kolomina bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

banner

Oxşar Xəbərlər