bazar, 01 Oktyabr, 03:05

Baku Bakı 22°C

Mustafa Şəntop: “Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirəm”

icon 323 icon 28 may 2023 | 16:00 Mustafa Şəntop: “Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirəm”

 Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.

“Report” xəbər verir ki, o, təbrikini tviterdə paylaşıb.

“Vətən uğrunda, müstəqillik yolunda şəhid olan qəhrəmanlarımızın xatirəsini hörmət və ehtiramla yad edirəm. Dost və qardaş ölkə Can Azərbaycanın 28 May Müstəqillik Günü mübarək olsun”, - M.Şəntop yazıb.