çərşənbə axşamı, 05 iyul, 23:08

Baku Bakı 30°C

"Molla Nəsrəddin - 2022" nümayiş olunub

icon 500 icon 27 may 2022 | 12:55 "Molla Nəsrəddin - 2022" nümayiş olunub

Kaspi.az xəbər verir ki, ötən gün Şuşa dövlət musiqili dram teatrında Səhnə teatrınının “Molla Nəsərddin 2022” adlı tamaşası nümayiş olunub.


Komediya janrında olan tamaşanın müəllifi Xaqani Əliyev, Qurluşçu rejissoru Oruc Qurbanov (Əməkdar İncəsənət Xadimi) aktyorları isə Elçin Hacı, Ramil Məmmədov, Əhliman Ərşadlı, Vaqif Kərimov (Əməkdar artist), Ruhiyyə Mahmudqızı, Rəbbilə Ələkbərzadə, Mahir Mirişli, Absalam Həşimli və Ağaəli Kərimzadədir.

Keçmişlə bu günün sintezi olan tamaşa Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir. Qəfil peyda olan Əzrayıl Molla Nəsrəddini yuxudan oyadıb özü ilə o biri dünyaya aparmağa gəldiyini söyləyir. Hələ çox cavan olduğunun biləndən sonra ona evlənmək üçün üç gün möhlət verir. Molla Nəsrəddin Əzrayıl ilə dostlaşır və sevgisinə qovuşmaq üçün ona əngəllər yaradan kənd cavanları ilə mübarizəyə başlayırlar. Toy gününün səhəri oyanıb evində sevdiyi qızı yox, kənddə hamının tanıdığı eybəcər  arvadı görən Molla Nəsrəddin aldadıldığını başa düşür. Maraqlı hadisələr də bundan sonra başlayır.
Şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.
Ötən gün Şuşa teatrında ictimai baxışı keçirilən tamaşa izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.