• cümə, 26 Aprel, 00:34
  • Baku Bakı 16°C

Mexanikləşdirilmiş bölmələrdə praktiki çalışmalar icra olunub - VİDEO

13.07.22 15:45 688
Mexanikləşdirilmiş bölmələrdə praktiki çalışmalar icra olunub - VİDEO

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş bölmələrin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

Müdafiə Nazirliyindən Kaspi.az-a verilən məlumata görə, çalışmaların icrası zamanı sürücü-mexaniklər döyüş texnikasını idarəetmə bacarıqlarını, tuşlayıcı operatorlar isə müxtəlif silahlardan atəş açma qabiliyyətlərini təkmilləşdiriblər.

Mexanikləşdirilmiş bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən praktiki çalışmalarda qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

 

banner

Oxşar Xəbərlər