Məşhur Hollivud aktyorunun rol aldığı film bir ayda rekord gəlir əldə edib
Məşhur Hollivud aktyoru Tom Kruzun baş rolda çəkildiyi “Top Gun: Maverick” filmi yayımlandıqdan bir ay sonra rekord gəlir qazanıb.
Kaspi.az xəbər verir ki, 36 il sonra “Top Gun” filminin davamı kimi ərsəyə gələn layihə 800 milyon dollar qazandırıb.
Qeyd edək ki, bu rəqəmlər Tom Kruzun karyerasında rekorddur. (Azərtac)