• cümə, 29 Mart, 04:03
  • Baku Bakı 7°C

Mehriban Abdullayevanın 60 illik yubileyi qeyd edildi

15.05.23 11:15 1015
Mehriban Abdullayevanın 60 illik yubileyi qeyd edildi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış aktrisa, Əməkdar artist Mehriban Abdullayevanın 60 illik yubileyi "İstədiyim kimi yaşamışam” monotamaşası ilə qeyd edilib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə tamaşadan əvvəl teatrın Truppa rəhbəri Ələsgər Muradanlı çıxış edərək qonaqları salamlayıb. O, aktrisanın zəngin yaradıcılıq yolundan, 35 illik səhnə fəaliyyətindən danışıb. Daha sonra aktrisanın sənət dostları Əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktrisa Sevinc Əziz Mehriban Abdullayeva haqqında xatirələrini bölüşərək ona səhnə uğurları arzu ediblər. 
Çıxışlardan sonra yubilyara Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təbrik məktubu və xüsusi hədiyyəsi, Gənc Tamaşaçılar Teatrının Fəxri Diplomu təqdim olunub.  
Daha sonra mərhum rejissor, Xalq artisti Ağakişi Kazımovun quruluşunda hazırlanan tamaşa nümayiş olunub. 
Səhnə əsəri məşhur Amerika yazıçısı Frensis Skott Fitsceraldın həyat yoldaşı Zelda Fitsceraldın ağrılı həyatından bəhs edir. Psixoloji dispanserə düşənə qədər həyatını istədyi kimi yaşayıb səhvlər buraxan, keçmişini xatırlayıb təəssüflənən Zelda Fitscerald əslində çox bədbəxt və talesiz qadındır. 
Maraqlı aktyor oyunu ilə müşayiət olunan tamaşa hər bir tamaşaçı üçün özünütəhlil obyektinə çevrilib.

banner

Oxşar Xəbərlər