çərşənbə, 06 Dekabr, 18:35

Baku Bakı 11°C

Masallı və Sabirabad Rayon Mərkəzi xəstəxanalarında ənənəvi xidmət bərpa edilib

icon 2229 icon 08 aprel 2022 | 17:55
Masallı və Sabirabad Rayon Mərkəzi xəstəxanalarında ənənəvi xidmət bərpa edilib


COVID-19 infeksiyasına yoluxma üzrə gündəlik aktiv xəstə sayında müşahidə olunan kəskin azalmaya uyğun olaraq, Masallı və Sabirabad Rayon Mərkəzi Xəstəxanalarının pandemiya tibb müəssisəsi kimi fəaliyyətləri dayandırılaraq, ənənəvi xidmət bərpa edilib.
TƏBİB-dən Kaspi.az-a verilən xəbərə görə,Hər iki tibb müəssisələrində Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsi yaradılıb, triaj sistemi qurulub və digər şöbələr xəstə qəbuluna tam hazır vəziyyətə gətirilib.
TƏBİB-in Koordinasiya şöbəsinin koordinatoru Orxan Bağızadə və mütəxəssisi Şirin Səmədova görülmüş işlərlə yerində yaxından tanış olub, müvafiq tövsiyələr veriblər.
Xatırladaq ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin, eləcə də, modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.