• bazar, 14 Iyun, 11:27
  • Baku Bakı 24°C

Əliyev Ərdoğanı Azərbaycana səfərə dəvət etdi

02.05.22 17:15 856
Əliyev Ərdoğanı Azərbaycana səfərə dəvət etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəmizə səfərə dəvət edib.

Kaspi.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dəvət minnətdarlıqla qəbul olunub.

Qeyd edək ki, bu gün - mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Prezidentlər Ramazan bayramı münasibətilə bir-birini təbrik edib, qardaş Azərbaycan və Türkiyə xalqlarına ən xoş arzularını çatdırıblar.

banner

Oxşar Xəbərlər