• cümə, 29 Mart, 03:16
  • Baku Bakı 7°C

Əli Əhmədov “Şərəf” ordeni ilə təltif edilib

26.01.23 14:25 370
Əli Əhmədov “Şərəf” ordeni ilə təltif edilib

Əli Cavad oğlu Əhmədov “Şərəf” ordeni ilə təltif edilib.

"Kaspi" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, Ə.Əhmədov 1953-cü il yanvarın 27-də anadan olub. Sabah onun 70 yaşı tamam olur.

Ə.Əhmədov Yeni Azərbaycan Partiyası Sədrinin müavini və Azərbaycan Baş nazirinin müavini vəzifələrində çalışır.

banner

Oxşar Xəbərlər