• bazar, 27 Aprel, 10:27
  • Baku Bakı 14°C

Leyla Abdullayeva Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyin edilib

17.10.22 15:25 523
Leyla Abdullayeva Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyin edilib

Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Kaspi.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

banner

Oxşar Xəbərlər