• bazar, 06 Iyul, 03:15
  • Baku Bakı 24°C

Leopold və Mstislav Rostropoviçlərin ev muzeyində tədbir

22.09.22 13:00 1165
Leopold və Mstislav Rostropoviçlərin ev muzeyində tədbir

21-22 sentyabr tarixlərində dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festival çərçivəsində Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi bir sıra tədbirlər keçirilib. 
Tofiq Quliyev adına 12 saylı onbirillik musiqi məktəbi, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin şagirdlərinə, muzeyin böyük elmi işçisi Qurbanova Səbinə, elmi işçisi Həsənova Rəhimə “Əziz dostum Üzeyir!” adlı elmi mühazirə keçib. Mühazirədə Leopold Rostropoviç və Üzeyir Hacıbəylinin dostluq və yaradıcılıq əlaqələrindən bəhs edilib, muzeyin fondu və ekspozisiyasında yer alan nadir eksponatlardan ibarət slayd şou göstərilib.
Sonda şagirdlərə bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” Üverturasına Mstislav Rostropoviçin dirijorluq etdiyi konsertdən kadrlar nümayiş olunub.

banner

Oxşar Xəbərlər