• şənbə, 27 Aprel, 07:36
  • Baku Bakı 12°C

Leopold və Mstislav Rostropoviçlərin Ev muzeyində açıq qapı günü

19.05.22 11:58 920
Leopold və Mstislav Rostropoviçlərin Ev muzeyində açıq qapı günü

Bu il Beynəlxalq Muzeylər Günü“Muzeylərin gücü” devizi altında keçirildi.
  Leopold və Mstislav Rostropoviçlərin Ev muzeyi Beynəlxalq Muzeylər Günü münasibəti ilə bir sıra tədbirlər həyata  keçirdi. İlk tədbir 14 may tarixində Dəniz Mall AVM-də baş tutan möhtəşəm “Klassik  musiqi fleşmobu” oldu. Geniş auditoriya tərəfindən izlənilən  fleşmob unudulmaz anlarla yadda qaldı. Muzey tərəfindən hazırlanmış, muzey haqqında məlumat xarakterli flayer dinləyicilərə və şəhərimizin xarici qonaqlarına paylanıldı.
 Bu gün muzeydə də həmçinin “Açıq qapı” günü keçirildi. Muzeyə gələn qonaqlara üç dildə ekskursiya keçirildi. Ekskursiyadan sonra ziyarətçilər, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri İ.Kərimli (violin), A.Şirinova (violonçel), N.Cəfərlinin (fortepiano) ifasında Q.Qarayevin “Fikirli”, M.Musorqskinin “Göz yaşı”, Q.Qoltermanın “V nepaqodu”, F.Sücəddinovun “Vətən balladası” əsərlərini dinlədilər. Klassik musiqi əsərləri ziyarətçilərin zövqünü oxşadı, alqışlarla qarşılandı. Daha sonra qonaqlara “Klassik  musiqi fleşmobu” nun görüntüləri təqdim olundu. Qeyd edək ki, Ü.Hacıbəylinin “Arazbari”, Azərbaycan xalq musiqisi “Sarı gəlin”, Q.Qarayevin “İldırımlı yollarla”, C.Gerşvinin “An American in Paris” kimi əsərlərinin səsləndirildiyi fleşmob ziyarətçilərin marağına səbəb oldu.
  “Açıq qapı” günü muzeyi Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universitetinin tələbələri, Elitar gimnaziyanın, 189-190 №li məktəbin şagird və müəllim kollektivi, musiqi sevərlər, yerli sakinlər və şəhərimizin qonaqları ziyarət etdilər.

banner

Oxşar Xəbərlər