• cümə, 26 Aprel, 09:39
  • Baku Bakı 12°C

Laçın-Xankəndi yolundakı ekofəallar başa çatan aksiya yerində ağaclar əkib

29.04.23 18:15 892
Laçın-Xankəndi yolundakı ekofəallar başa çatan aksiya yerində ağaclar əkib

Laçın-Xankəndi yolundakı ekofəallar başa çatan aksiya yerində ağaclar əkib.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladığı dinc etiraz aksiyasının iştirakçıları aksiyanın əhatə etdiyi ərazidə bu gün ağaclar əkib.

Xatırladaq ki, ekofəalların etiraz aksiyası aprelin 28-i saat 18:00-dan etibarən dayandırılıb və iştirakçılar mərhələləri şəkildə ərazini tərk edir. Bununla yanaşı, aksiya ərazisi ekofəallar tərəfindən təmizlənir və ərazidə müxtəlif növ ağaclar əkilir.

Qeyd edək ki, ekofəallar Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən suveren ərazimizdə, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulmasını və bununla da yolda hərəkət üzrə şəffaflığı, qanunun aliliyi və hərəkətin təhlükəsizliyini təmin edilməsini, tələblərinə qismən nail olduqlarını, eləcə də dövlət nümayəndələri tərəfindən dəfələrlə edilən müraciətləri nəzərə alaraq 12 dekabr 2022-ci il tarixdən başladıqları aksiyanı dayandırıblar. Lakin, ekofəalların Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlı kontingentin komandanlığından tələbləri qüvvədə qalır və onlar bu tələbləri yerinə yetirilməyəcəyi halda aksiyanı yenidən bərpa edəcəklərini bildiriblər.

banner

Oxşar Xəbərlər