• cümə, 29 Mart, 11:17
  • Baku Bakı 5°C

Kürdəmirdə çoban özünə tüfənglə xəsarət yetirib

26.05.23 12:00 307
Kürdəmirdə çoban özünə tüfənglə xəsarət yetirib

Kürdəmirdə çoban işlədiyi fermada özünə tüfənglə xəsarət yetirib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər ki, hadisə rayon ərazisində yerləşən fermalardan birində qeydə alınıb.

Belə ki, fermada çoban işləyən Şamaxı rayon sakini, 1986-cı il təvəllüdlü İsmayılov Vidadi Qasıməli oğlu əlindəki tüfənglə ehtiyatsız davranıb.

Bu zaman o, tüfəngin əlində açılması nəticəsində ayaq nahiyəsinə xəsarət yetirib.

O, ətrafdakı insanların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

Fakt araşdırılır.

banner

Oxşar Xəbərlər